Messi Səudiyyə Ərəbistanında - Şəkil

Messi Səudiyyə Ərəbistanında - Şəkil
XƏBƏR 1 May 2023 / 17:58 4884
-  A +

PSJ-nin argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına gedib.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Əbdül Rəhman Əl-Rəfdan öz Tvitter səhifəsində yazıb.

Lakin Messinin Ər-Riyada gəlişinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna mümkün transferi ilə bağlı yayılan xəbərlərlə heç bir əlaqəsi yoxdur. Argentinalı hücumçu ərəb ölkəsinin turizm səfiri olduğu üçün 2-ci dəfədir ki, Səudiyyə Ərəbistanına gedir.

35 yaşlı Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Daha əvvəl mətbuatda "Əl-Hilal"ın argentinalıya illik 400 milyon avro maaş təklif etməyə hazır olduğu barədə məlumatlar yayılmışdı. Ancaq 35 yaşlı forvardın "Baselona"ya qayıdacağı gözlənilir.

Qeyd dək ki, bu mövsüm Messi 37 oyunda 20 qol vurub, 19 qolun ötürməsini verib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner