Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 4-7 may tarixlərində Ümummilli Lider Heydər Əiyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası təşkil ediləcək.
Bu haqda Qol.az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib.
Suqovuşan və Mingəçevirdə keçiriləcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edəcək. Yarışlardan bir gün öncə mayın 3-də Mingəçevir şəhər Heydər Əliyev prospektində komandaların rəsmi paradı baş tutacaq. Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. “Prezident Kuboku-2023” beynəlxalq reqatası mayın 4-ü tarixi torpağımız Qarabağın ən gözəl yerlərindən olan Suqovuşanda start götürəcək. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında yarışların açılış mərasimi, həmçinin kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunacaq. Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.
Reqatanın bağlanış mərasimi mayın 7-si paytaxt Bakıda baş tutacaq. Bakı Bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçiriləcək mükafatlandırma mərasimi ilə yanaşı, paytaxt sakinlərini möhtəşəm şou proqram gözləyir. Bədii hissədə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, xalq artisti Miri Yusifin solo ifası və möhtəşəm atəşfəşanlıq tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası bu il ilk dəfə olaraq Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Reqatanı izləmək üçün müxtəlif xarici dövlətlərin avarçəkmə federasiyalarının, həmçinin beynəlxalq federasiyaların rəhbər şəxsləri ölkəmizə gələcək.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt