Messidən Səudiyyə Ərəbistanı ilə bağlı paylaşım

Messidən Səudiyyə Ərəbistanı ilə bağlı paylaşım
XƏBƏR 30 Aprel 2023 / 18:16 3519
-  A +

PSJ-nin hücumçusu Lionel Messi sosial şəbəkə hesablarında Səudiyyə Ərəbistanı ilə bağlı paylaşım edib.

Qol.az xəbər verir ki, Səudiyyə Ərəbistanından şəkil paylaşan argentinalı futbolçu yazıb: “Kim zənn edirdi ki, Səudiyyə Ərəbistanında bu qədər yaşıllıq var? Fürsət tapanda gözlənilməz möcüzələri kəşf etməyi sevirəm”.

Daha əvvəl Messinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Argentinalının transferində “Əl-Hilal” və “Əl-İttihad”ın maraqlı olduğu qeyd edilib.

Messinin karyerasını davam etdirmək üçün başqa mümkün variant "Barselona"ya qayıtmaqdır.

36 yaşlı oyunçu 2021-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner