Sumqayıtda məşq zalında dünyasını dəyişən 7 yaşlı uşaqla bağlı - Rəsmi açıqlama

Sumqayıtda məşq zalında dünyasını dəyişən 7 yaşlı uşaqla bağlı - Rəsmi açıqlama
XƏBƏR 30 Aprel 2023 / 12:20 3428
-  A +

Dünən 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Qol.az xəbər verir ki, Sumqayıt şəhər prokurorluğu tərəfindən yayılan məlumata görə, ilkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner