Ançelotti: "Paltardəyişmə otağında əsəbiləşdim"

Ançelotti: "Paltardəyişmə otağında əsəbiləşdim"
XƏBƏR 30 Aprel 2023 / 11:51 2229
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 32-ci turunda "Almeriya" üzərində (4:2) qələbəni şərh edib.

Qol.az xəbər verir ki, mütəxəssis komandasının son matçlarda çox qol buraxmasından narazı olduğunu deyib:

“Mən komandanın müdafiədə nəyə qadir olduğunu çox yaxşı bilirəm. Başa düşmədiyim odur ki, 2 oyunda necə altı qol buraxdıq. Nə baş verdi? Bu gün diqqətimizi müdafiəyə yönəltməyə çalışsaq da, rahatlaşdıq. Topu itirdik və hesabı 3:0-a çatdırdıqdan sonra konsentrasiyamız düşdü və onlar qol vurdular. Paltardəyişmə otağında əsəbiləşdim".

Qeyd edək ki, "Real" hazırda turnir cədvəlində 68 xalla 2-cidir. Komanda lider "Barselona"dan 11 xal geri qalır.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner