"Barselona"da hələ belə şey olmamışdı

"Barselona"da hələ belə şey olmamışdı
XƏBƏR 30 Aprel 2023 / 11:20 6017
-  A +

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen klub tarixinin rekorduna imza atıb.

Qol.az xəbər verir ki, o, buna La Liqanın 32-ci turunda səfərdə "Betis" lə görüşdə (4:0) qol buraxmamaqla nail olub.

O, bu mövsüm yerli çempionatda 24 matçda qapısını "təmiz" saxlayıb. Bu isə rekord deməkdir.

Əvvəlki ən yaxşı nəticə Klaudio Bravoya məxsus olub - 2014/15 mövsümündə 23 matçda qol buraxmayıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner