Millimiz "Zəfər kuboku"nu 12 medalla başa vurdu

Millimiz "Zəfər kuboku"nu 12 medalla başa vurdu
XƏBƏR 30 Aprel 2023 / 00:22 969
-  A +

Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr (U-17) arasında "Zəfər kuboku"na yekun vurulub.

Qol.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşçimiz Elmin Əliyev (80 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Beləliklə, Azərbaycan güləşçiləri yarışı 12 medalla başa vurub. Yekunda yunan-Roma güləşi üzrə millimiz 173 xalla (4 qızıl, 1 gümüş və 4 bürünc) komanda hesabında 1-ci yeri tutub.

Qızlardan ibarət yığmamız da yarışı ilk "3-lük"də başa vurub. 1 qızıl və 2 bürünc medal qazanan komandamız 63 xalla 3-cü yeri tutub.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner