Benzema Uqonu geridə qoydu

Benzema Uqonu geridə qoydu
XƏBƏR 29 Aprel 2023 / 21:56 3188
-  A +

"Real"ın futbolçusu Kərim Benzema La Liqa tarixində ən çox qol vuran oyunçular arasında 4-cü yerə yüksəlib. 

Qol.az xəbər verir ki, o, 32-ci turda "Almeriya" ilə hazırda davam edən görüşdə artıq 3 qol vurub. 

35 yaşlı hücumçu yerli çempionatdakı qollarının sayını 236-ya çatdırıb. O, 234 qol vuran Uqo Sançesi geridə qoyub.

La Liqanın bombardirləri arasında 1-ci yerdə Lionel Messi (474 ​​qol), 2-ci pillədə Kriştiano Ronaldo (311), 3-cü yerdə isə Telmo Sarradır (252).


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner