Xaviyə görə, o, dünyanın ən yaxşısıdır

Xaviyə görə, o, dünyanın ən yaxşısıdır
XƏBƏR 28 Aprel 2023 / 15:00 2803
-  A +

"Barselona"nın baş məşqçisi Xavi Ernandes futbolçusu Mark-Andre ter Ştegeni dünyanın ən yaxşı qapıçısı hesab edir.

Qol.az xəbər verir ki, bu barədə mütəxəssis öz açıqlamasında bildirib. Xavi deyib: "Mən Ter Ştegeni yaxından tanıyıram, çünki onunla oynamışam. Mark hazırda dünyanın ən yaxşı qapıçısıdır. O, öz oyun tərzi ilə bizə çox kömək edir".

Qeyd edək ki, Ter Ştegen 2014-cü ildən Kataloniya təmsilçisinin formasını geyinir. 1998-2015-ci illərdə "Barselona"da oynayan Xavi isə 2021-ci ildən bu komandanı çalışdırır. 


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner