Bir oyunun bilet satışından bir milyon gəlir

Bir oyunun bilet satışından bir milyon gəlir
XƏBƏR 28 Aprel 2023 / 14:00 1878
-  A +

"Barselona" klubu qadınlardan ibarət komandası bir oyunundan özü üçün rekord gəlir əldə edib.

Qol.az xəbər verir ki, bu, Çempionlar Liqasının yarımfinalında "Çelsi"yə qarşı cavab oyunundan sonra mümkün olub. "Nou-Kamp"da həmin matçı stadionda 72 min 262 tamaçı izləyib. Nəticədə klubun biletdən gəliri 1,2 milyon avro təşkil edib.

Qeyd edək ki, "Barselona"nın qadınlardan ibarət komandası "Çelsi"ni üstələyərək (səfərdə 1:0, evdə 1:1) finala vəsiqə qazanıb. "Barselona" finalda "Arsenal" - "Volfsburq" cütünün güclüsü ilə üz-üzə gələcək.


Son xəbərlər
21.02.25  19:53

2-ci oyunda da 0:4