Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvləri Ziyadxan Məmmədov və Qvanzav Maqomedov Rusiyada futboldan ömürlük uzaqlaşdırıblar.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (FTC RFU) Nəzarət və İntizam Komitəsinin rəhbəri Artur Qriqoryants məlumat verib.
İkinci Liqa çempionatının "Salyut Belqorod" - "SKA-Xabarovsk-2" matçının (3:0) danışılmış oyun olduğu vurğulanıb. Verilən qərara əsasən, görüşün nəticəsi ləğv edilib və "SKA-Xabarovsk-2"yə 0:3 hesablı texniki məğlubiyyət cəzası verilib.
Bildirilib ki, "Yesentuki"də oynayan qapıçı Məmmədov və klubun sabiq rəhbəri Maqomedov bir neçə şəxslə əlbir olaraq, "Salyut” (Belqorod) - "SKA-Xabarovsk-2" matçının nəticəsini manipulyasiya ediblər. Buna görə onlar və "SKA-Xabarovsk-2" bir neçə oyunçusu Rusiyada futboldan ömürlük uzaqlaşdırılıblar.
Qeyd edək ki, Ziyadxan Məmmədov Azərbaycanın U-17 və U-19 yığmalarında, eyni zamanda "Neftçi", "Zirə" və "Zaqatala"da oynayıb.
Qvanzav Maqomedov isə U-21 millisində, "Şahdağ", "Zirə", AZAL, "Bakı", "Səbail", "Sabah" və "Sumqayıt"da çıxış edib.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı