"Sabah"ın üç futbolçusu "Dinamo" Zaqrebin akademiyasında

"Sabah"ın üç futbolçusu "Dinamo" Zaqrebin akademiyasında
XƏBƏR 26 Aprel 2023 / 18:47 2479
-  A +

“Sabah” FK və “Dinamo” (Zaqreb, Xorvatiya) FK arasında əməkdaşlıq çərçivəsində Bakı təmsilçisinin 3 futbolçusu Xorvatiyanın Zaqreb şəhərinə yollanıb. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, aşağı yaş qrupları üzrə komandaların futbolçuları – Həzrət Səmədov, Rauf Əyyubov və İbrahim Xəlilov 2 həftə ərzində “Dinamo” Futbol Akademiyasında təcrübə keçəcəklər.

Hazırda Zaqreb təmsilçisinin aşağı yaş qrupları üzrə komandaları ilə birgə məşqlərdə iştirak edən gənc futbolçuların yoxlama oyunlarında şans qazanması da nəzərdə tutulub. Əsas məqsəd futbolçularıın Avropanın ən böyük futbol akademiyalarından biri olan “Dinamo” Futbol Akademiyasında təcrübə keçməklə oradakı mühitlə tanışlığı, həmçinin Zaqreb təmsilçisinin mütəxəssislərinin rəhbərliyi altında məşqlərdə iştirak etməklə yeni təcrübə qazanmalarıdır.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner