"Arsenal"ın qadın komandasını daşıyan təyyarədə yanğın

"Arsenal"ın qadın komandasını daşıyan təyyarədə yanğın
XƏBƏR 25 Aprel 2023 / 15:47 1232
-  A +

"Arsenal”ın qadınlardan ibarət komandasını aparan təyyarədə yanğın baş verib.

Qol.az xəbər verir ki, London təmsilçisi ötən gün Çempionlar Liqasının yarımfinal matçında “Volfsburq”la qarşılaşıb.

"Bild" yazıb ki, hadisə Braunşveyq-Volfsburq hava limanında baş verib. Şahidlərin dediyinə görə, güclü partlayış səsi eşidilib. Sonradan məlum olub ki, mühərrikə quş girib.

Xoşbəxtlikdən pilotlar hələ uçuşa başlamamışdan mühərriki dayandırmağı bacarıblar. Bu səbəbdən itkilərdən yayınmaq mümkün olub.

Futbolçular və klub işçiləri Almaniyada daha bir gün gözləməli olub, oteldə gecələyiblər. Yalnız ertəsi gün onlar başqa bir təyyarə ilə evə qayıdıblar.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner