Lempard gedəcək, o gələcək

Lempard gedəcək, o gələcək
XƏBƏR 25 Aprel 2023 / 15:18 2594
-  A +

"Çelsi"nin baş məşqçisi Frenk Lempard mövsümün sonuna qədər klubdan qovulmayacaq.

Qol.az xəbər verir ki, bu haqda ESPN məlumat yayıb. London təmsilçisinin rəhbərliyi Lempardın yayadək qalmasını istəyir. Bundan sonra isə onlar Maurisio Poçettinonu baş məşqçi təyin etməyi planlaşdırırlar.

Bildirilir ki, argentinalı mütəxəssis “Çelsi” layihəsini özünə uyğun hesab edir və öz futbolunu oynamağa qadir gənc komanda yaratmaq niyyətindədir.

Daha əvvəl "Çelsi" ilə Poçettino arasında danışıqların qabaqcıl mərhələdə olduğunu bildirilmişdi.

Qeyd edək ki, Frenk Lempard bu ay Qrem Potterin qovulmasından sonra "Çelsi"yə müvəqqəti baş məşqçi təyin edilib. Lempard qayıtdıqdan sonra "Çelsi" keçirdiyi 4 oyunun hamısında məğlub olub.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner