Şahmatçımız dünya çempionatında 2-ci oldu

Şahmatçımız dünya çempionatında 2-ci oldu
XƏBƏR 25 Aprel 2023 / 11:13 1077
-  A +

Yunanıstanın Rodos şəhərində təşkil edilən şahmat üzrə məktəblilər arasında dünya çempionatına yekun vurulub.

Qol.az xəbər verir ki, Azərbaycan təmsilçisi Süleyman Süleymanlı 17 yaşa qədər məktəblilərin yarışında dünya çempionatının gümüş medalını qazanıb. Həmyerlimiz 7 xalla yaşıdları arasında ikinci olub. Bu yaş kateqoriyasında 7,5 xal toplayan Adar Tarhan (Türkiyə) qalib adını qazanıb. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb.

Qeyd edək ki, mötəbər yarışda 51 ölkə iştirak edib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner