"Lex"in (Polşa) vitse-prezidenti Piotr Rutkovski bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları (1:0, 1:5) xatırlayıb.
Qol.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Ağdam təmsilçisinə uduzaraq, mərhələ adlaya bilməməyin çox ağır olduğunu deyib:
“Hər şey Poznanda başladı. Çempionlar Liqasının təsnifat mərhələsinin startında “Qarabağ”a qalib gələrək (1:0) Azərbaycana böyük ümidlərlə yollandıq. Ancaq fəlakət baş verdi və 5 qol buraxdıq. Bu, ağrıdır. "Qarabağ"la oyunlardan əvvəl onları keçməyin çox çətin olacağını başa düşürdük. Axı, "Qarabağ" Çempionlar Liqasının bu mərhələsində bizi vura biləcək ən güclü komanda idi. Yalnız intizamlı və ağıllı oyun sayəsində “Qarabağ”ı Poznanda məğlub edə bildik. Təəssüf ki, Bakıda bunu təkrarlaya bilmədik. Niyə? Çünki zədəli futbolçularımız var idi və komandada baş məşqçi dəyişikliyi olmuşdu. Bəxtimiz gətirmədi. “Qarabağ”ın sonrakı oyunlarından xəbəriniz var. O, İsveçrə və Macarıstan çempionlarını nokaut etdi. Ancaq pley-off mərhələsində "Qarabağ"ı Çexiya "Viktoriya"sı dayandırdı. Bizimlə matçlarda "Qarabağ" daha güclü tərəf oldu və biz itirdik. Nəticədə Çempionlar Liqasının qrup mərhələsinə düşmək şansını və böyük pul qazanmaq imkanını əldən verdik. Ancaq ən çox bir şey incidir: Mən 2015-ci ildən - 8 ildir ki, bu turnirdə iştirak etməyi gözləyirəm. Lakin mən heç nədən həzz almadan hər şey başa çatdı”.
Qeyd edək ki, "Lex" ÇL-in 1-ci təsnifat mərhələsində evdə Ağdam təmsilçisinə 1:0 hesabı ilə qalib gəlsə də, Bakıda 1:5 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. Komanda Konfrans Liqasının 1/4 finalında "Fiorentina" səddini keçə bilməyib və çıxışını başa vurub.
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi
Keyn ərəb klubuna keçir?
“Fənərbaxça” 17 illik həsrətə son qoya bilər
"Neftçi" serbiyalı futbolçu transfer etdi
Mourinyo "Real"da rəsmən təqdim olundu - Şəkillər
Robot Boltdan sürətli qaçdı, amma dayana bilmədi - Video
Seneqal millisini çalışdıracaq
"Sabah"ın rəqibində iki ayrılıq
"Qalatasaray" rus futbolçunun transferini həll etdi
"Hapoel”də “Sabah” həyəcanı
“Borussiya” Vermanı transfer etdi
Brunodan "Mançester Yunayted"ə rədd cavabı
Mourinyonun "Real"ında Arda Gülerin durumu necə olacaq?
Azərbaycanda ən çox azarkeş bu oyuna gəldi
Çalhanoğlu ən yaxşı komanda yoldaşlarını açıqladı
"Nyukasl" Dediçi transfer etdi
Yankoviç "Qarabağ"da qalacaqmı? - Özü açıqladı
Azərbaycandan Boliviya klubuna getdi
Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalında
PSJ-dən “Liverpul”a
“Qarabağ”ın sol cinahı sıradan çıxıb! - Şərh
Tanınmış futbolçu ərəb klubuna keçdi
"Barselona"dan "Ayaks"a - Rəsmi
Superliqada tura heç-heçə ilə yekun vuruldu
Güləşçilərimizdən iki medal - Dünya çempionatı
"Qarabağ"dan mövsümün ilk oyununda qələbə - Video
Qurban Qurbanov Sefasın durumundan danışdı
“Zamanla daha yaxşı “Şamaxı” görəcəyik” - Azər Bağırov