"Borussiya"da rekord

"Borussiya"da rekord
XƏBƏR 24 Aprel 2023 / 15:25 2233
-  A +

"Borussiya" (Dortmund) klub tarixində unikal nailiyyətə imza atıb.

Qol.az xəbər verir ki, bu, Bundesliqanın 29-cu turunda "Ayntraxt"la oyunda qeydə alınıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, komanda Almaniya çempionatında bir mövsümdə doğma meydanda ardıcıl 9-cu qələbəsini qazanıb. Əvvəllər klub bütün tarixində bunu edə bilməyib.

Bu qələbə ilə "Borussiya" Almaniya çempionatının turnir cədvəlində birinci pilləyə qalxıb. Komanda keçirdiyi 29 matçda 60 xal toplayıb.


Son xəbərlər
topaz banner