"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya İtaliya klubuna gəlməsi və A seriyasındakı çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.
Qol.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi əvvəllər peşəkar futbolçu olacağını təsəvvür etməsinin çox çətin olduğunu deyib:
“Neapolda Maradona kral sayılır. Və mənim üçün əvvəlcə onun oynadığı komandada olmaq anlaşılmaz idi.
Bunun yuxu olduğunu düşündüm. Məni Maradona ilə müqayisə etməyə başladılar. Amma yavaş-yavaş öyrəşirəm və mənim üçün belə böyük oyunçu ilə müqayisə olunmaq gözəldir.
Uşaq vaxtı peşəkar futbolçu olacağımı təsəvvür etmək çətin idi. Kiçik bir ölkədən ayrılmaq böyük bir problem idi. Ambisiya mənə arzularıma inanmağa və karyera qurmağa kömək etdi.
Neapol futbolda inkişaf edir və A seriyası dünyanın ən yaxşı çempionatlarından biridir. Mən burada oynamaqdan çox xoşbəxtəm. Liqada yüksək temp və sürət var, oyunçular əla texnikaya malikdirlər. Düşünürəm ki, italyan üslubuna tez uyğunlaşdım.
"Napoli"də mən çox böyük təzyiq və məsuliyyət hiss edirəm. Bəzən çiyinlərimə həddindən artıq yük düşür, amma öhdəsindən gələ bilirəm. Mən meydana girəndə bütün təzyiqlər yox olur. Mən sevdiyim şeyi edirəm - futbol oynayıram".
Qeyd edək ki, Xviça ötən ilin yayından "Napoli"də oynayır.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi