“Bilirdik ki, bizi çətin, ağır səfər oyunu gözləyir. “Sumqayıt” yaxşı komandadır. Samir Abasov yaxşı kollektiv formalaşdırıb”.
Qol.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 31-ci turunda “Sumqayıt”a qarşı keçirilən oyundan sonra deyib.
O, komandasının 3:2 hesablı əzmkar qələbəsini belə şərh edib: “Hər iki komanda bir-birinə qarşı layiqli mübarizə apardı. Gedişat elə idi ki, uda da bilərdik, uduza da. Yekunda şanslı tərəf biz olduq Yolumuza davam edirik. Futbolçularıma təşəkkür edirəm, xarakter nümayiş etdirdilər. Bu qələbə ilə futbolçular iddialarından əl çəkmədiklərini göstərdilər”.
Baxşıyev komandasının 90 dəqiqə boyu oyundan qopmadığını bildirib: “İkinci hissədə oyundan qopmamışdıq. Sadəcə “Sumqayıt” yaxşı oynayırdı. Rəqib güclü təzyiq göstərirdi, üstümüzə gəlirdi. Onların əziyyətini də dəyərləndirmək lazımdır. Bəli, matçın müəyyən hissəsində “Sumqayıt” bizdən üstün idi. Yenə xarakteri qeyd etməliyəm. Çünki ikinci hissənin ortasında hesabda 2 top fərqi ilə geri düşdükdən sonra matçın taleyini dəyişmək çox ağırdır. Sevinirəm ki, komandamda ruhu sağlam futbolçular var. Hansılar ki, öz əzmindən geri dönmürlər”.
Mütəxəssis komandasının sayılmayan ilk qoluna sərt reaksiya göstərməsinin komandaya müsbət təsir etməsi ilə bağlı sualı belə cavablandırıb: “Mənim aqressiyamı futbolçularım normal qəbul edirlər. Satılmayan ilk qolumuzdan sonra sərt reaksiyamın geri dönüşdə rolunun olub-olmadığını deyə bilmərəm. Həmin anda, məncə, hakim epizodun sona çatmasını gözləyə bilərdi. Amma fərqli qərar qəbul etdi”.
“Qəbələ”nin çalışdırıcısı komandasının ardıcıl 2 oyunda 0:2 hesabı ilə geridə olduğu matçı qalib bitirməsinin fiziki durumlarının yaxşı olması ilə əlaqələndirməyib: “Kənardan belə görünə bilər ki, bundan fiziki durumumuzun yaxşı olmasının rolu var. Amma mən bununla bağlamıram. Halbuki aylar öncə də məğlubiyyətimizi, hər hansı uğur nəticəmizi fiziki durumumuzun aşağı olması ilə əlaqələndirirdilər. Futbol detalardan ibarətdir. Hərdən alınır, komanda gücünü nümayiş etdilər bilir. Hərdəndə alınmır, istədiyini meydançada göstərə bilmirsən. Ümumi götürəndə son 2 oyunda 0:2-ni 3:2-yə çevirməyimizi futbolçularımın iradəsi ilə bağlayıram”.
Baxşıyev komandasının 3 gündən sonra kubokda vacib oyuna çıxmasının çox da çətinlik yaratmayacağını bildirib: “Əvvəldən bilirdik ki, bu period bizim üçün çətin keçəcək. Amma belə qrafikdə oynayan tək biz deyilik. Kubokda mübarizəni davam etdirən digər komandalar da bizimlə eyni vəziyyətdədilər. Ona görə də, düşünürəm ki, indiki məqamda heyətimiz genişdi və rotasiya etmək imkanım var”.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi