Avropa Liqalarının 46-cı Baş Assambleyası Çexiyanın paytaxtı Praqa şəhərində baş tutub.
Qol.az xəbər verir ki, Avropanın 34 ölkəsindən 40 liqanın 80-dən çox nümayəndəsinin iştirak etdiyi görüşdə Azərbaycanı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov təmsil ediblər.
Görüşün ilk günündə PFL rəsmiləri Avropa Liqalarının icraçı direktoru Cakko Svart ilə təkbətək görüş keçiriblər. Görüş zamanı PFL-in 2013-cü ildən beynəlxalq qurumun tam hüquqlu üzvü olması, son 1 ildə isə əməkdaşlığın daha da yaxşılaşdırılması, eyni zamanda gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfərin ilk günündə PFL rəsmiləri 2 seminara qatılıblar. Həmin seminarlarda liqaların ümumi vəziyyəti, 2024-2027-ci illəri əhatə edən proqramlar, futbolda maliyyə dayanıqlılığı mövzusunda müzakirələr aparılıb, digər ölkələrin təcrübəsi öyrənilib.
Avropa Liqalarının Baş Assambleyası səfərin son günündə reallaşıb. İspaniya La Liqasının prezidenti Xavyer Tebasın çıxış etdiyi yekun görüşdə Danimarka, Norveç, İngiltərə, İtaliya kimi ölkələrin nümayəndələri də təcrübələrini bölüşüblər.
Qeyd edək ki, səfər zamanı PFL nümayəndələrinin tədbirdə iştirak edən bir sıra liqaların rəhbərliyi ilə təkbətək görüşü də baş tutub.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu