Azarkeşlər çempionluğu meydana enərək qeyd etdilər - Şəkillər

Azarkeşlər çempionluğu meydana enərək qeyd etdilər - Şəkillər
XƏBƏR 23 Aprel 2023 / 18:19 6159
-  A +

"Samsunspor" Türkiyə 1-ci liqasının 34-cü turunda evdə "Keçiörengücü" ilə qarşılaşıb.

Qol.az xəbər verir ki, görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyət sayəsində "Samsunspor" liqada xallarının sayını 69-a çatdırıb və ən yaxın izləyicisi "Rizəspor"u 6 xal qabaqlayaraq çempionluğu rəsmiləşdirib. 

Oyunun final fiti səslənəndən sonra "Samsunspor" azarkeşləri komandalarının çempionluğunu meydana enərək qeyd ediblər. 

Qeyd edək ki, bu, "Samsunspor"un 11 il sonra ilk 1-ci liqa çempionluğudur.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner