Azərbaycan kubokunun yarımfinalında məhsuldarlıq rekordu

Azərbaycan kubokunun yarımfinalında məhsuldarlıq rekordu
XƏBƏR 20 Aprel 2023 / 10:15 1202
-  A +

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında 6 qol vurulub. 

Qol.az xəbər verir ki, “Qəbələ” “Səbail”i 3:2, “Turan Tovuz” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

Bu, 1/2 finalın ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə daha iki dəfə (2015/16 və 2016/17) eyni sayda qol vurulub. Daha çox topun qeydə alınmasına sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt ilk qarşılaşmalarda komandalar 8 dəfə fərqlənib.  “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə üstələyib.

Yarımfinalın ilk oyunları üçün mütləq rekord 1994/95 mövsümünə məxsusdur. 

Həmin matçlarda 9 qol qeydə alınıb (pfl.az).


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner