“Karyeramda 500 oyun keçirmişəm, amma belə penalti görməmişəm” - Şehiç

“Karyeramda 500 oyun keçirmişəm, amma belə penalti görməmişəm” - Şehiç
XƏBƏR 20 Aprel 2023 / 09:11 5984
-  A +

Millimizin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi "Konyaspor"un qapıçısı İbrahim Şehiç Türkiyə Superliqasının 29-cu turunda evdə "Adana Demirspor"a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, hakimin qapılarına təyin etdiyi penalti qərarından narazılığını ifadə edib:  "İlk hissədə çoxlu qol şansımız oldu, ancaq onları dəyərləndirə bilmədik. Karyeramda 500-ə yaxın oyun keçirmişəm, amma belə penalti görməmişəm. Qırmızı vərəqədən sonra hakim qapımıza penalti təyin etdi. Penalti qərarından sonra VAR-a belə baxılmadı. Burada həftələrdir çalışırıq, ancaq birisi gəlib bütün işlərimizi hədər edir".

"Adana Demirspor" 56-cı dəqiqədə penaltidən fərqlənərək 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, M.Emreli "Adana Demirspor"la görüşün 40-ci dəqiqəsində hesabı açıb.  Bu, onun Türkiyə Superliqasında və "Konyaspor"da ilk qolu olub.

Xatırladaq ki, Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da oynayıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner