"Barselona"nın Messini transfer edə biləcəyini düşünmürəm"

"Barselona"nın Messini transfer edə biləcəyini düşünmürəm"
XƏBƏR 19 Aprel 2023 / 20:25 2030
-  A +

La Liqanın prezidenti Xavyer Tebas hazırda PSJ-də çıxış edən Lionel Messinin "Barselona"ya mümkün qayıdışından danışıb.

Qol.az xəbər verir ki, o, bunun reallaşacağına inanmadığını deyib: 

"Bu gün üçün Messinin transferinin mümkün olacağını düşünmürəm. Yenə də hələ çox vaxt var. "Barselona" həmlələr edə bilər. Əlbəttə ki, "Barselona" maliyyə problemlərini qaydaya salmaq üçün futbolçu sata bilər. Amma yenə də onların qeydiyyatdan keçirməli olduğu bəzi futbolçular var".

Qeyd edək ki, Kataloniya klubu Messi ilə danışıqlar apardığını təsdiqləyib. 35 yaşlı forvard 2004-2021-ci illərdə də bu komandanın formasını geyinib. Onun PSJ ilə sözləşməsi bu mövsümün sonuna qədərdir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner