"Arsenal"ın futbolçularını tənqid atəşinə tutdular

"Arsenal"ın futbolçularını tənqid atəşinə tutdular
XƏBƏR 18 Aprel 2023 / 17:00 2254
-  A +

"Arsenal"ın futbolçuları sosial şəbəkədə azarkeşlər tərəfindən tənqid atəşinə tutulublar.

Qol.az xəbər verir ki, buna səbəb onların Premyer Liqanın 31-ci turunda "Vest Hem"lə görüşdən (2:2) əvvəl komandanı stadionda qarşılayan gənc azarkeşə xoş davranmamaları olub. 

Balaca qız futbolçulardan avtoqraf istəyib vəonlara heyranlıqla baxıb. Lakin oyunçular qıza fikir verməyiblər və sadəcə formanı imzalayaraq gediblər. Bu anların görüntüləri azarkeşləri qəzəbləndirib. Onlar sosial şəbəkələrdə yazıblar: "Bu, iyrəncdir", "Kiçik qız öz qəhrəmanlarına heyranlıqla baxdı, amma heç kim ona əhəmiyyət vermədi", "Futbolçular sanki gülümsəyə və qulaqcıqlarını çıxara bilmirlər".


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner