Nazim Süleymanov vəzifəsindən azad olundu

Nazim Süleymanov vəzifəsindən azad olundu
XƏBƏR 18 Aprel 2023 / 15:36 6892
-  A +

Azərbaycanlı məşqçi Nazim Süleymanov Rusiyanın "Ximki" klubunun gənclərdən ibarət komandasının baş məşqçisi vəzifəsindən azad olunub.

Qol.az xəbər verir ki, bu haqda "Ximki"nin rəsmi saytı məlumat yayıb. O, bundan sonra fəaliyyətini klubun U-19 komandasında davam etdirəcək. Süleymanovla yanaşı onun köməkçisi Emin Ağayevin də U-19 komandasına qayıtması barədə qərar verilib. Əvəzedici heyətin baş məşqçisi vəzifəsinə isə tanınmış rusiyalı mütəxəssis Rinat Bilyaletddinov təyin edilib.

Qeyd ediək ki, Süleymanov daha əvvəl də U-19-da işləyirdi. Bu il fevralın 3-də millimizin sabiq kapitanı əvəzedici komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında "Ximki" gəncləri Rusiya 2-ci liqasında keçirdiyi 3 matçdan 2-də heç-heçə edib, 1-də isə uduzub.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner