PFL rəhbərliyi mötəbər toplantıda

PFL rəhbərliyi mötəbər toplantıda
XƏBƏR 18 Aprel 2023 / 15:10 1407
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov Çexiyaya səfər ediblər.

Qol.az xəbər verir ki, rəsmilər Praqa şəhərində keçiriləcək Avropa Peşəkar Futbol Liqaları (APFL) təşkilatının 46-cı baş assambleyasında iştirak edəcəklər.  Mötəbər tədbirə APFL tərəfindən dəvət olunan Azərbaycan Peşəkar Futbol Liqasının nümayəndələri burada bir sıra görüşlər də keçirəcək.

Qeyd edək ki, 1997-ci ildə yaradılmış Avropa Peşəkar Futbol Liqaları təşkilatı hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. Azərbaycan Peşəkar Futbol Liqası 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür (pfl.az).

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner