"Bavariya" onunla 4 illik razılığa gəldi

"Bavariya" onunla 4 illik razılığa gəldi
XƏBƏR 18 Aprel 2023 / 12:10 2173
-  A +

"Leyptsiq"in futbolçusu Konrad Laymer karyerasını "Bavariya"da davam etdirəcək.

Qol.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi artıq Münhen klubunda 2 dəfə tibbi müayinədən keçib. Tərəflər 2027-ci ilə qədər müqavilə imzalamaq üçün anlaşıblar.

Laymer yayda "Leyptsiq"dən ayrılacaq və "Bavariya"ya azad agent kimi keçəcək. 

Qeyd edək ki, avstriyalı futbolçu Bundesliqanın cari mövsümündə 15 oyunda 1 qol vurub. 

Daha çox


Son xəbərlər