Valverde 12 oyunluq cəzalandırıla bilər

Valverde 12 oyunluq cəzalandırıla bilər
XƏBƏR 17 Aprel 2023 / 22:32 2035
-  A +

"Real"ın yarımmüdafiəçisi Federiko Valverde "Vilyarreal"ın futbolçusu Aleks Baenaya hücum etdiyi üçün sərt qaydada cəzalandırıla bilər.

Qol.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.

Uruqvaylı yarımmüdafiəçinin La Liqanın 28-ci turunda “Vilyarreal”la matçdan sonra rəqibin oyunçusu Aleks Baenanı vurmuşdu. 24 yaşlı futbolçunun hərəkəti ilə bağlı iş İspaniya Kral Futbol Federasiyasının İdman Yarışları Komitəsinə verilib. Bildirilir ki, Valverde minimum 4, maksimum isə 12 matçlıq diskvalifikasiya cəzası alacaq.

Xatırladaq ki, Baena Valverdeyə qarşı polisə şikayət etmək, ifadə yazmaq qərarına gəlib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Qarabağ FK
Son xəbərlər
08.08.26  21:02

"Tottenhem"dən gedir

08.08.26  16:14

Ferran Torres PSJ-də

topaz banner