“Qarabağ” Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk məğlubiyyətini alıb.
Qol.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 30-cu turda “Sabah”la səfər matçında 1:2 hesabı ilə uduzub. Bununla da “Kəpəz”in 1997/98 mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmayıb.
Ağdam klubu ümumilikdə Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. 537 gün məğlub olmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə 1:3 hesabı ilə uduzmuşdu. Ötən mövsümün 20, cari çempionatın 29 görüşündə uduzmayan ağdamlılar bu müddətdə 40 qələbə qazanıb və 9 heç-heçə edib. Bu 49 oyunluq məğlubiyyətsizlik seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışın tarixində 6 dəfə bir komanda 25-dən artıq görüşdə xal əldə edib.
Ən uzun məğlubiyyətsiz seriyalar:
1. “Qarabağ” – 49 (2021-23)
2. “Qarabağ” – 31 (2018-19)
3. “Kəpəz” – 28 (1997-98)
4. “Turan” – 27 (1992-93)
5-6. “Şəmklr” – 26 (2000-01)
“Neftçi” – 26 (2003-04)
Bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırıb (pfl.az).
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi
Mahir oynadı, komandası qalib gəldi
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti
Leau zəddəsini sağaltdı
18 ildən sonra: Tarixdə 3-cü dəfə
Eren Aydın: “Qol vuracağımı hiss edirdim”
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
Nazir və səfir “Qarabağ”ın U-12 komandasını ziyarət etdi
Poçettino “Tottenhem”in seçimindən məyus olub
Karyerasının 967-ci qolunu belə vurdu - Video
Marko Yankoviç: “Hakimlik bizi maraqlandırmır”
Messi adını daşıyan tribunanı ziyarət etdi: "İnanılmazdır"
Mançini İtaliya millisinə qayıda bilər
Fabreqas A seriyasında ən yaxşı seçildi
Orxan Məmmədov: “Sponsorlar minifutbola maraq göstərir”
Nərimanın komandası növbəti oyuna çıxır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
Ronaldo qayıtdı, 2 qol vurdu
Yetirmələrinin transferindən ən çox qazanan klublar - Siyahı