Almeydadan 25-ci penalti

Almeydadan 25-ci penalti
XƏBƏR 17 Aprel 2023 / 10:27 1199
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Misli Premyer Liqasındakı penalti sayını 25-ə çatdırıb. 

Qol.az xəbər verir ki, o, buna 30-cu turda nail olub.

Braziliya əsilli futbolçu “Sabah”la görüşdə (1:2) 11 metrlik nöqtədən dəqiq zərbə endirib. Bu, Almeydanın Azərbaycan çempionatlarında penaltidən 23-cü qolu olub. O, digər iki imkanı qaçırıb.

Qeyd edək ki, Almeyda 21-ci əsrdə çempionatda ən çox penalti vuran oyunçudur (pfl.az).


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner