Nazim Süleymanovun ikinci liqada ilk məğlubiyyəti

Nazim Süleymanovun ikinci liqada ilk məğlubiyyəti
XƏBƏR 16 Aprel 2023 / 12:39 2692
-  A +

Azərbaycanlı Nazim Süleymanovun baş məşqçisi olduğu “Ximki”nin gənclərdən ibarət komandası növbəti matçını keçirib.

Qol.az xəbər verir ki, onlar Rusiya ikinci liqasının ikinci mərhələsinin 3-cü turunda səfərdə “Arsenal-2” ilə qarşılaşıblar. Görüş Tula təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Süleymanovun “Ximki”nin əvəzedici heyətinin baş məşqşiçi kimi ilk məğlubiyyəti olub. Daha öncə həmyerlimizin rəhbərliyi altında “Ximki” gəncləri keçirdiyi hər iki oyunda heç-heçə edib.

Qeyd edək ki, hazırda “Ximki” ikinci liqanın ikinci mərhələsinin 3-cü (B) qrupunda 3 oyundan 22 xalla 3-cü yeri tutur. Komandanın birinci mərhələdə qazandığı xallar da bura əlavə olunub.
 


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner