İrəvandakı AÇ-də iştirakdan imtina edən ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq Ermənistanı tərk edib.
Qol.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib: "Nəhayət, Azərbaycan nümayəndə heyəti sağ-salamat vətənə qayıdır. Komandamız avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub. Yığmamızı Tiflisdən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək".
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində dizayner Aram Nikolyan səhnəyə çıxıb və bayrağımızı yandırıb. Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar. İştirakdan imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər. Həmçinin bu gün səhər saatlarında Fərid Qayıbov yığmamızın İrəvanda məskunlaşdığı oteldən çıxa bilmədiyini qeyd etmişdi.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video