Haalandın sehrli eleksiri - Şəkil

Haalandın sehrli eleksiri - Şəkil
XƏBƏR 15 Aprel 2023 / 09:00 2622
-  A +

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland süd içməyin onu daha da gücləndirdiyini düşünür.

Qol.az xəbər verir ki, 22 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında paylaşıb. Norveçli forvard əlində süd butulkası olduğu şəklini izləyiciləri ilə bölüşərək yazıb: "Mən və sehrli eleksirim".

Qeyd edək ki, Haaland ötən ilin yayından "şəhərlilər"in formasını geyinir. O, bu mövsüm bütün turnirlərdə 39 matçda 45 qol vurub və 6 qolun ötürməsini verib.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner