“Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”

“Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”
XƏBƏR 15 Aprel 2023 / 00:32 2938
-  A +

“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

Qol.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Tvitter" hesabında məlumat verib.

“Bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir. Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”, - deyə Hacızadə vurğulayıb.

Qeyd edək ki, İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner