Messi və Mbappenin dünyanın ən nüfuzlu 100 şəxsi siyahısında

Messi və Mbappenin dünyanın ən nüfuzlu 100 şəxsi siyahısında
XƏBƏR 14 Aprel 2023 / 16:10 2099
-  A +

PSJ-nin hücumçuları Lionel Messi və Kilian Mbappe "Time" jurnalı tərəfindən 2023-cü ildə dünyanın ən nüfuzlu yüz adamı siyahısına seçilib.

Qol.az xəbər verir ki, hər iki forvard 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında milli komandalarını təmsil edib. Argentinalıların qələbəni bayram etdiyi finalda Messinin Argentinası ilə Mbappenin Fransası qarşılaşıb. Oyun Argentinanın qələbəsi ilə başa çatıb (3:3, penaltilər seriyasında 4:2). 

Messi 7 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə ilə dünya çempionatının ən yaxşı oyunçusu seçilib. Mbappe 7 oyunda 8 qolla Qətərdə keçirilən dünya çempionatının bombardiri olub.

Messi bu mövsüm PSJ-nin heyətində 34 oyuna çıxıb, 19 qol vurub və 18 məhsuldar ötürmə edib. Mbappe parislilərin heyətində 35 oyuna çıxıb, 31 qol vurub və 8 məhsuldar ötürmə edib.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner