Avropa Liqasının 1/4 final mərhələsinin dünən keçirilən "Yuventus" - "Sportinq" matçında (1:0) qorxulu anlar yaşanıb.
Qol.az xəbər verir ki, matçın 40-cı dəqiqəsində Turin klubunun qapıçısı Voytsex Şenski ürəyini tutub. Hadisə "Sportinq"in künc zərbəsi yerinə yetirməyə hazırlaşdığı vaxt baş verib. Dərhal meydana həkimlər daxil olub. Onların rəyindən, üç dəqiqə sonra qapıçı əvəzlənərək meydanı tərk edib. Bu zaman onun ağlaması diqqət çəkib. Əvvəlcə mediada polşalı qolkiperin zədəsi səbəbindən əvəzləndiyi bildirilib. Lakin sonra məlum olub ki, problem onun ürəyində imiş. Onun ağlaması da qorxması ilə əlaqələndirilir.
Futbolçunu dərhal xəstəxanaya aparıblar. Müayinə zamanı onun normadan kənar problemi olmadığı aşkarlanıb.
Qapıçı "Yuventus"un saytına açıqlamasında deyib: "Nəfəs almaq mənim üçün çətin idi, bir az qorxdum. Yoxlanışdan sonra hər şeyin qaydasında olduğu müəyyənləşdi".
Mareska özü seçim edəcək
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər
Messinin doğma klubu atasının xatirəsini yad etdi
"Şəmkir"də yeni təyinat
Salah gələr-gəlməz "Trabzonspor"da rekord
"Çelsi" "Milan"a böyük hesabla qalib gəldi
"Yuventus" "İnter"lə bacarmadı
Millinin futbolçusu sıradan çıxdı
"Fənərbaxça" Lukaku ilə razılığa gəldi
Ferran Torres PSJ-də
Bruno Gimaraeş rəsmən "Arsenal"da
Lionel Messiyə ağır itki üz verdi