İdmançılarımız İrəvanda - Bu tarixdə yarışa başlayırlar

İdmançılarımız İrəvanda - Bu tarixdə yarışa başlayırlar
XƏBƏR 14 Aprel 2023 / 10:50 1912
-  A +

Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub.

Qol.az Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, idmançılarımızdan körpücük üzərinə ilk olaraq aprelin 15-də Nazilə İsmayılova (49 kq) çıxacaq. 

Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, 102 kq-dakı Əli Şükürlü isə aprelin 22-də yarışacaq.

Qeyd edək ki, Avropa çempionatı 15-23 apreldə təşkil olunacaq.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner