"Bavariya" qərarını verdi

"Bavariya" qərarını verdi
XƏBƏR 13 Aprel 2023 / 17:00 4430
-  A +

"Bavariya" futbolçusu Sadio Mane ilə bağlı fikrini dəyişib.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə yolları ayırmayacaq. Forvard Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti”yə uduzduqdan (0:3) sonra paltardəyişmə otağında komanda yoldaşı Leroy Sane ilə dalaşmışdı. Əvvəlcə Mane Sanenin sözlərinə əsəbiləşdiyi üçün onu vurub. Daha sonra tərəflər əlbəyaxa dava ediblər. Bundan sonra "Bavariya" Mane ilə yolları ayrımaq qərarına gəlişdi.

Lakin Münhen təmsilçisi fikrindən daşınıb. Klub rəhbərliyi seneqallıların cəzalandırılmasının mümkün variantlarını, o cümlədən cərimə, işdən kənarlaşdırma və hətta müqaviləni pozmağı müzakirə edib ."Bavariya" Mane ilə müqaviləni pozmamaq qərarına gəlib. Futbolçular öz aralarında vəziyyətə aydınlıq gətiriblər. Bundan əlavə, onlar komanda yoldaşlarından üzr istəyiblər.

Bununla belə, Sadio yenə də hadisəyə görə cəzalandırılacaq. Ən azından o, cərimələnəcək.

Qeyd edək ki, Mane ötən ildən "Bavariya"da oynayır.


Son xəbərlər