Ronaldo malikanəsini kirayəyə verib

Ronaldo malikanəsini kirayəyə verib
XƏBƏR 13 Aprel 2023 / 16:04 4156
-  A +

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo və Corciana Rodriqez Madriddəki 4000 kvadratmetrlik malikanələrini kirayəyə veriblər.

Qol.az xəbər verir ki, onlar bu villa üçün aylıq cəmi 10 min avro alırlar. 

Corciana haqqındakı "I am Georgina" "Netflix" serialı da məhz bu malikanədə çəkilib. Ev 4 mərtəbəlidir. Burada böyük qaraj var. Qarajda 38 yaşlı forvardın avtomobil kolleksiyası saxlanılırdı. Həmçinin villada 170 metr dərinliyində hovuz da var. 

Ronaldo və ailəsi hazırda Madriddə yaşamırlar. Futbolçu "Əl-Nəsr"in formasını geyindiyi üçün onlar Səudiyyə Ərəbistanına, Ər-Riyada köçüblər. 


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner