"Şamaxı" bəyanat yayıb.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bəyanatda klubun strategiyası və hədəfləri haqda məlumat verilib. Bəyanatda bildirilir:
"Komandamız 2022-ci ilin iyul ayından etibarən Şamaxı rayonunda yerləşən və hər bir şəraiti olan “Şirvan” otel-kompleksində məskunlaşmışdır. Rayonda fəaliyyət göstərdiyi 9 ay ərzində maddi-texniki bazanın yaradılması, infrastrukturun qurulması, komandanın müasir avtobus ilə təmin edilməsi istiqamətində bir çox işlər görülmüşdür.
“Şamaxı “ Futbol Klubu bu mövsümün əvvəlində yeni strategiya müəyyən edərək yerli oyunçuların üzə çıxarılıb inkişaf etdirilməsi və onların ölkə futboluna qazandırılması istiqamətində çalışmağa başlamışdır. Bu səbəbdən heyət yalnız gənc və təcrübəli yerli oyunçulardan formalaşdırılmış, mövsümə başlayarkən heyət üzvlərinin 15 nəfəri 23 yaşına çatmamış gənclər olmuş, oyunçuların böyük əksəriyyətinin Premyer Liqa təcrübəsi olmamış, sonrakı aylarda da daha çox gənclərin heyətə cəlb edilməsinə üstünlük verilmişdir. Eyni zamanda komandanın məşqçi heyəti də ölkə çempionatında debüt etmişdir. Gözlənildiyi kimi təcrübəli oyunçulardan və səviyyəli legionerlərdən formalaşdırılmış digər komandaların oynadığı çempionatda komandamız böyük çətinliklərlə üzləşmişdir. Ölkənin tanınmış futbol mütəxəssisləri və ekspertləri də mövsüm ərzində bu strategiya ilə uğur qazanmağın çox çətin olacağını dəfələrlə bildirmişlər.
Lakin, komanda daxilində olan məqsədyönlü inkişaf planı, ailə ab-havası, mehribanlıq və əzmkarlıq hesabına bu günə kimi bütün çətinliklərin öhdəsindən gəlməyi bacarmışıq və böyük bir mərhələni-komandanın ilkin formalaşması dövrünü arxada qoymuşuq.
Sevindirici haldır ki, artıq bir neçə futbolçumuz ölkə futbolunda öz adından söz etdirməyə başlamış və ölkənin köklü klublarının maraq dairəsinə düşmüşdür. Mövsüm ərzində komandanın 6 oyunçusu ölkənin müxtəlif yaş qrupları üzrə milli komandalarının heyətlərinə cəlb edilmiş, onlardan 1 nəfəri isə mütəmadi olaraq əsas millinin heyətinə dəvət almışdır.
Bu mövsüm rəhbərlik tərəfindən məşqçilər korpusunun qarşısında özünəməxsus oyun tərzi olan mübariz kollektiv formalaşdırmaq və Premyer Liqada yerini qorumaq hədəfi qoyulmuşdur ki, komanda üzvləri hal-hazıradək həmin hədəfə nail olmaq üçün əzmlə çalışır və bu hədəfə çatacağımıza inanırıq.
“Şamaxı” FK artıq yeni bir inkişaf mərhələsinə doğru irəliləmək üçün mühüm addımlar atmaqdadır. Klub rəhbərliyi, məşqçilər və inzibati heyət qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün tərtib edilmiş plan üzrə yorulmadan birlikdə fəaliyyət göstərir. Biz yaxın gələcəkdə komandamızın məqsədlərinə çatacağına və ölkə futbolu adına uğur qazanacağına çox inanırıq.
Yerli oyunçuların ölkə futboluna qazandırılması işində komandamıza verdikləri dəstəyə görə azarkeşlərimizə, idman jurnalistlərinə və futbol ictimaiyyətinə dərin minnətdarlığımızı bildiririk və bundan sonra da onların böyük dəstəyinə ehtiyacımızın olduğunu bəyan edirik".
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi
Mahir oynadı, komandası qalib gəldi
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti
Leau zəddəsini sağaltdı
18 ildən sonra: Tarixdə 3-cü dəfə
Eren Aydın: “Qol vuracağımı hiss edirdim”
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
Nazir və səfir “Qarabağ”ın U-12 komandasını ziyarət etdi
Poçettino “Tottenhem”in seçimindən məyus olub
Karyerasının 967-ci qolunu belə vurdu - Video
Marko Yankoviç: “Hakimlik bizi maraqlandırmır”
Messi adını daşıyan tribunanı ziyarət etdi: "İnanılmazdır"
Mançini İtaliya millisinə qayıda bilər
Fabreqas A seriyasında ən yaxşı seçildi
Orxan Məmmədov: “Sponsorlar minifutbola maraq göstərir”
Nərimanın komandası növbəti oyuna çıxır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
Ronaldo qayıtdı, 2 qol vurdu
Yetirmələrinin transferindən ən çox qazanan klublar - Siyahı
Dembelenin dublu, PSJ-nin qələbəsi - Video
Misli Premyer Liqasında hakim təyinatları
"Şahdağ Qusar"ın qələbəsi - Video
Son 10 mövsümün azarkeş rekordu
“Həddindən artıq ucuz toplar itirdik” - Valdas Dambrauskas
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video