Spaletti azarkeşləri hədələdi

Spaletti azarkeşləri hədələdi
XƏBƏR 13 Aprel 2023 / 15:15 1817
-  A +

"Napoli"nin baş məşqçisi Luçano Spalletti komandanın azarkeşlərini hədələyib.

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, mütəxəssis fanatların klubu dəstəkləməyəcəyi təqdirdə Çempionlar Liqasının 1/4 finalında "Milan"la cavab görüşündə texniki zonanı tərk edəcəyini deyib.

A seriyasının “Milan”la ev oyununda (4:0) azarkeşlər komandaya dəstək olmayıblar, susublar. Onlar bununla da prezident Aurelio de Laurentisin və klub rəhbərliyinin işinə etiraz ediblər.

Spaletti isə "Milan"la ÇL-dəki ilk oyundan (0:1) sonra verdiyi açıqlamada cavab matçında bunu görmək istəmədiyini bildirib:  “Cavab oyununda hansı atmosferi görəcəyimi bilmirəm. 33 illik gözləmədən sonra İtaliya çempionluğunu qazanmağa yaxınıq. Belə vacib matçda gördüklərimi heç vaxt anlaya bilməyəcəm. Bu, mənimlə əbədi qalacaq.

Çempionlar Liqasının cavab oyunu zamanı da eyni şey olsa, texniki zonanı tərk edib evə gedəcəyəm. Çünki bu, izaholunmaz bir şeydir. Futbolçular ətrafda baş verənlərə həssas yanaşırlar. Evdə “Milan”a qarşı absurd atmosferdə oynadıq".

Qeyd edək ki, "Napoli" ilə "Milan" arasında cavab matçı aprelin 18-də Dieqo Armando Maradona stadionunda keçiriləcək. 


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner