Əliyar Ağayevdən Yunanıstanda 11 sarı vərəqə

Əliyar Ağayevdən Yunanıstanda 11 sarı vərəqə
XƏBƏR 13 Aprel 2023 / 01:02 5121
-  A +

Azərbaycanın FİFA referisi Əliyar Ağayev  Yunanıstan kubokunun yarımfinal mərhələsinin təxirə salınmış "Olimpiakos" - AEK matçını idarə edib.

Qol.az xəbər verir ki, qarşılaşma "Olimpiakos"un qələbəsi ilə yekunlaşıb - 2:1. Buna baxmayaraq, ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzan Pirey təmsilçisi ölkə kubokunda mübarizəni dayandırıb.

Ağayev görüş ərzində 11 futbolçuya sarı vərəqə göstərib. O, "Olimpiakos"dan 6, AEK-dən isə 5 oyunçunu cəzalandırıb. Həmçinin, qonaq komandanın 70-ci dəqiqədə vurduğu qol VAR-a baxıldıqdan sonra ofsayd səbəbindən ləğv edilib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner