"Bavariya"da yumruq davası

"Bavariya"da yumruq davası
XƏBƏR 12 Aprel 2023 / 20:26 4233
-  A +

"Bavariya"nın futbolçuları Sadio Mane və Leroy Sane Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"yə böyük hesabla məğlub olduqları ilk oyundan (0:3) sonra bir-birləri ilə dalaşıblar.

Qol.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 31 yaşlı hücumçu və 27 yaşlı forvard paltardəyişmə otağında dava ediblər. Onlar bir-birinə yumruq vurublar. 

İddiaya görə, oyunçuların münaqişə yaşamasına səbəb Manenin Sanenin dediyi sözlərə əsəbiləsi olub. Daha sonra Mane komanda yoldaşının ağzına yumruq vurub. Futbolçular əlbəyaxa dava ediblər. Bu, digər oyunçuların müdaxiləsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər