Kuman: "Messinin "Barselona" oyunçusu olmasını istəyirəm"

Kuman: "Messinin "Barselona" oyunçusu olmasını istəyirəm"
XƏBƏR 12 Aprel 2023 / 17:59 1885
-  A +

"Barselona"nın keçmiş baş məşqçisi Ronald Kuman hazırda PSJ-də çıxış edən Lionel Messinin Kataloniya klubuna qayıtmasını istəyir.

Qol.az xəbər verir ki, o, bu barədə danışarkən deyib: “O, dünyanın ən yaxşı oyunçusudur. Messini transfer edə bilən istənilən komanda güclü olacaq. Onun getdiyi gün çox pis bir gün idi. Lioneli başqa formada görəndə hələ də onun üçün darıxıram.

Mövzu ilə işlərin necə olduğunu və Leonun nə düşündüyünü bilmirəm. Mən Messinin "Barselona"nın oyunçusu olmasını istəyirəm”.

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona" oynayıb. Onun PSJ ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. Forvardın yayda "Barselona"ya qayıdacağı ehtimal olunur.


Son xəbərlər
topaz banner