"Milan"a qarşı ÇL oyununu buraxacaq

"Milan"a qarşı ÇL oyununu buraxacaq
XƏBƏR 11 Aprel 2023 / 16:55 1539
-  A +

"Napoli"nin futbolçusu Viktor Osimhen Çempionlar Liqasının 1/4 finalında "Milan"la matçı buraxacaq. 

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Aurelio de Laurentis danışıb. O, 24 yaşlı hücumçunun zədə səbəbindən görüşdə iştirak etməyəcəyini deyib: "Biz çalışırıq ki, Osimhen aprelin 18-dək hazır olsun. Amma təəssüf ki, o, sabah oynaya bilməyəcək".

De Laurentis Osimhenin əvəzinə Qakomo Raspadorinin meydana çıxmasının gözlənildiyini bildirib.

Qeyd edək ki, sabah keçiriləcək "Milan" - "Napoli" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner