Messi evinin qarşısında 10 saat gözləyən fanatına belə reaksiya verdi - Şəkillər

Messi evinin qarşısında 10 saat gözləyən fanatına belə reaksiya verdi - Şəkillər
XƏBƏR 11 Aprel 2023 / 14:27 4731
-  A +

Argentina millisi və PSJ-nin futbolçusu Lionel Messi maraqlı bir hal ilə qarşılaşıb.

Qol.az xəbər verir ki, onun fanatı Xuan Polkan futbolçunun Parisdəki villasının qarşısında 10 saat dayanıb.

Azarkeş villanın adresini Messinin evində çalışmış bir saç ustasından alıb. Daha sonra Xuan evin qarşısına gedib və orada 10 saat gözləyib. Azarkeşin sözlərinə görə, o, səhər saat 9-dan evin qarşısında dayanıb. Messinin mühafizəçisi polisə zəng edəcəyini  bildirəndə Xuan az qala ümidini itirib. Lakin futbolçunun həyat yoldaşı Antonella Rokuzzo və Messi fanatı evə dəvət ediblər.

Xuan hadisə ilə bağlı bunları söyləyib: “Gördüyüm ilk şey qarşımda başmaqlı Messi idi. O, mənə dedi: “Salam". Bu, inanılmaz bir an idi. Mən Messini sevdiyimi dedim. Şəkil çəkdirdik, məni qucaqladı və qoluma imza atdı”.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner