Prezidentdən Aqil Abbasla bağlı sərəncam

Prezidentdən Aqil Abbasla bağlı sərəncam
XƏBƏR 11 Aprel 2023 / 14:01 3515
-  A +

Prezident İlham Əliiyev millət vəkili, yazıçı-publisist Aqil Abbasla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, aprelin 1-də Aqil Abbasın 70 yaşı tamam olub.

A.Abbas Azərbaycanın ictimai-siyasi həyatı ilə yanaşı, idman və futbolla bağlı məsələlərdə daim fəal mövqe nümayiş etdirir, bununla bağlı yazılar yazır.

Onun yazıları Qol.az saytında mütəmadi olaraq dərc edilir.
 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner