Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinalına yenidən təyinat aldı

Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinalına yenidən təyinat aldı
XƏBƏR 11 Aprel 2023 / 12:21 1619
-  A +

FIFA referisi Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinal oyununa təyinat alıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ə.Ağayev aprelin 12-də Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK Athens qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. VAR hakimi isə Elçin Məsiyev olacaq.

Qeyd edək ki,  martın 1-də keçirilməli olan sözügedən görüş Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən təxirə salınmışdı. Əliyar Ağayev həmin vaxt da oyuna təyinat almışdı.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner