Bu gün Voleybol Federasiyasının prezidenti dəyişir - Yeni rəhbər kimdir?

Bu gün Voleybol Federasiyasının prezidenti dəyişir - Yeni rəhbər kimdir?
XƏBƏR 11 Aprel 2023 / 09:29 2369
-  A +

Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.

Qol.az-ın əldə etdiyi xəbərə görə, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək. 2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner